Əfv ediləndən neçə nəfəri əcnəbidir?

Bu gün Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam səkkiz xarici ölkədən olan 24 şəxsə də şamil edilib. 

"Sherg.az" xəbər verir ki, həmin şəxslərdən yeddisi İran, altısı Gürcüstan, dördü Rusiya, ikisi Türkiyə, ikisi Kamerun, biri Pakistan, biri Qazaxıstan və biri Əfqanıstan vətəndaşlarıdır. 

- Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər:

1. Aqaev Rustam Maxiroviç, 1998-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Ucar Rayon Məhkəməsinin 2018-ci il 17 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.

2. Bəkirov Oruc Vahid oğlu, 1997-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2018-ci il 3 may tarixli hökmü ilə məhkum edilmişdir.

3. Piriyev Həsən Nəriman oğlu, 1969-cu ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 19 mart tarixli hökmü ilə məhkum edilmişdir.

4. Şükürov Yolçu Bayram oğlu, 1969-cu ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2018-ci il 3 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

5. Tanrıverdi Kasım Veli oğlu, 1964-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Abşeron Rayon Məhkəməsinin 2018-ci il 13 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

6. Uygun Ahmet, 1962-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Xızı Rayon Məhkəməsinin 2017-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

7. Abdollahı Ahmad Akbar, 1987-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2018-ci il 13 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

8. Alavi Seyyed Ali Seyyed Ghadir, 1977-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2018-ci il 12 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

9. Baradaran Navıd Karım, 1988-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2017-ci il 14 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

10. Eshrati Seyed Alireza Seyed Yadollah, 1965-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 19 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

11. Keshavarz Mohammad Alıakbar, 1979-cu ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2018-ci il 12 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

12. Mohammadı Hosseın Safar, 1965-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2018-ci il 18 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

13. Taghızadeh Bejarbaneh Mohsen Mohammad Ebrahım, 1979-cu ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2019-cu il 15 may tarixli hökmü ilə məhkum edilmişdir.

14. Ali Abid Ahmad Bashir, 1986-cı ildə anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 27 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

15. Arcevanidze Levani, 1993-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Qazax Rayon Məhkəməsinin 2018-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

16. Guseinov Shirvan Akif oğlu, 1987-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 3 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

17. Naibov Taley Cəfər oğlu, 1974-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2017-ci il 2 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

18. Rijvadze Zaza Rastomoviç, 1985-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Balakən Rayon Məhkəməsinin 2020-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

19. Rüstəmov Ramin Əli oğlu, 1988-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

20. Kazak Ahmad Saburan, 1984-cü ildə anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 16 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

21. Michel Raphael Kamo Nguekouen, 1989-cu ildə anadan olmuş, Kamerun Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 8 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

22. Touani Alphonse, 1972-ci ildə anadan olmuş, Kamerun Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 18 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

23. Vəlizadə Nur Məhəmməd, 1979-cu ildə anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2019-cu il 10 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb:
 
1. Ovçiyev Rauf Telman oğlu, 1973-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 16 avqust tarixli hökmü ilə məhkum edilmişdir.