Eks- deputata CAVAB :"Azərbaycan BMT nizamnaməsinə uyğun davrana bilər "




Bu günlərdə sabiq millət vəkili Etibar Hüseynov öz feysbuk səhifəsində Dağlıq Qarabağın azad edilməsinə dair müharibə çağırışı edib. 

Eks - deputat qeyd edib ki, dünyada ara qarışıb, məzhəb itib. Deyirəm nə Qarabağa hücüm edib almağın vaxtıdı... . 

Şübhəsiz ki, keçmiş parlament üzvünün bu yanaşması sosial mediada ciddi müzakirə mövzusuna çevrilib. 

Məsələnin aktuallığını nəzərə alıb, millət vəkili Araz Əlizadənin məlum yanaşma ilə bağlı mövqeyini öyrəndik. Parlament üzvü Sherg.az-a açıqlamasında bildirib ki, belə çağırışların problemin həlli istiqamətində heç bir əhəmiyyəti yoxdur:

"Hazırda regionda və dünyada baş verən hadisələrin, Rusiya səfirinin Türkiyədə öldürülməsinin və iki dövlət arasındakı yaxınlaşmanın Qarabağ münaqişəsinin həllinə müsbət və ya mənfi təsiri yoxdur. 

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə uyğun addım ata bilər. Müvafiq nizamnamədə deyilir ki, işğala məruz qalan dövlətlər öz torpaqlarını azad etmək üçün bütün imkanlarından, o cümlədən müharibə şəraitindən istifadə edə bilər. Dövlət başçısı da buna uyğun olaraq, bütün imkanları dəyərləndirib, lazımı qərarı verəcək”.


Ayyət Əhməd