Eni uzunluğundan böyükdür
06:29 20.03.2021
Arxiv
513
93 milyon illik yaşı olan köpək balığı kəşf edilib
Okean və okean canlıları üzərində araşdırma aparan elm adamları, dinozavrların yaşadığı Təbaşir Dövrünə aid köpəkbalığı qalıqlarının tapıldığını bildiriblər.
Təxminən 93 milyon il əvvəl yaşadığı təxmin edilən köpək balıqlarından fərqli olaraq birhüceyrəli dəniz canlıları və meduza ilə bəslənən Aquilolamna adlı köpək balığı fosilinin Meksika sahillərində tapıldığı açıqlanıb.
NTV-nin "Science Magazine"-ə istinadən verdiyi xəbərə görə, nəşr olunan tədqiqatın aparıcı müəllifi, onurğalı canlı paleontoloqu Romain Vulloya görə, "Aquilolamna" adı "mahiyyətcə təsirli bir stabilizator rolunu oynayan qartal köpək balığı" mənasını verir.
Fosil üzərində aparılan araşdırmalara görə, qanada bənzər üzgəclərə sahib olan köpək balığının qalıqlarında heç bir çatışmazlıq olmadığı deyilib.
Köpək balığının ölçülərinin 1.9 metr enində və 1.65 metr uzunluğunda olduğunu izah edərkən Vullo, araşdırmanın müəllifli olaraq heyrətini gizlədə bilməyib. Onun sözlərinə görə, balığın eni uzunluğundan qat-qat böyükdür. Aquilolamna adlanan köpək balığı növlərinin nəsli kəsildiyini bildirən elm adamları qeyd edib ki, bütün köpək balıqları kimi, Aquilolamna da qığırdaqlı bir skeletə sahibdir, ancaq sinəsindəki üzgəclər tamamilə bənzərsizdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət