Ermənistanda aksiyalar - Paşinyanın istefasını tələb edirlər
13:53 27.02.2021
Arxiv
453
İrəvanın Baqramyan prospektində müxalifətin mitinqi keçirilir.
APA-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, müxalifət hərəkatının üzvü Gegham Manukyan aksiya iştirakçılarını parlament binasına arxa çevirməyə, bununla da "hərəkətsiz qurum"a münasibətlərini nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, vergi ödəyicilərinin hesabına maaş alan deputatlar vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün heç bir iş görmürlər.
Qafanda da Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, Paşinyan hökuməti ölkəni dərin bir böhrana və xaosa gətirib çıxarıb, dövlət idarəetmə sistemi işləmir.
İştirakçılar ölkənin sabitliyə və səmərəli işləyən bir dövlət sisteminə ehtiyacı olduğunu, bunun yalnız baş nazir və bütün komandasının istefaya getməsindən sonra ola biləcəyini bəyan ediblər.
Qeyd edək ki, İrəvanda müxalifətin aksiyaları fevralın 25-dən keçirilir. Müxalifət Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual