Etimad Əsədov erməninin Bakıya gəlişinə normal baxır
22:12 03.04.2017
Arxiv
865
“Həmin şəxs yaşlı insandır və müraciət edib, ona müsbət cavab verilib”
Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilib. 73 yaşlı Sarkisov buna görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirib.
"Sonuncu dəfə mən anamın məzarını 1984-cü ildə ziyarət etmişdim. Növbəti dəfə ziyarət etmək istəyəndə erməni soyadına görə mənə icazə vermədilər. İki ay əvvəl səfir Polad Bülbüloğluna məktub yazdım. Azərbaycanın Rusiyadakı səfirinin əməkdaşı mənimlə əlaqə saxladı və hansı tarixdə səfər etmək istədiyimi dəqiqləşdirdi. Daha sonra möcüzələr başladı. Mənim üçün Moskvadan Bakıya və əks istiqamətdə təyyarə bileti alındı və məni səfirlik əməkdaşı müşayiət etdi və mən gözəl pansionatda yerləşdirildim.
23-26 mart tarixlərində mən özümü uzun müddət gözlənilən qonaq kimi hesab etdim. Anamın məzarını mənimlə birgə Bakı polisi və qəbiristanlıq direktoru axtardı. 5 saat məzarı axtardıq. Anamın qəbrinin təmiz saxlanıldığını və onun üzərində güllərin olduğunu görəndə təəccübləndim. Yemək zamanı mənim qarşımda üç ofisiant dayanmışdı”.
Qeyd edək ki, Yuri Sarkisov Azərbaycanda anadan olub. Onun atası erməni, anası isə rusdur. 1969-cu ilə qədər Yuri Bakıda yaşayıb, sonra Moskvaya köçüb.
Baş verən hadisə ilə bağlı "Şərq”ə açıqlama verən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov məsələyə normal münasibət bəslədiyini bildirib. O qeyd edib ki, bu addım Azərbaycan xalqının, Azərbaycan dövlətinin münasibətindən, mövqeyi və mərhəmətindən irəli gəlir:
"Azərbaycan xalqı rəhmli, mərhəmətli bir xalqdır. Erməni xisləti budur ki, onlar həmişə öz qəddarlıqları ilə seçiliblər. Xocalı soyqırımında ölmüş qadınlar və körpələrin üzərində işgəncələri, qəddarlıqları ilə fəxr edib, qürur duyublar. Bunu da həmişə bəyan ediblər.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri fonunda ermənilər qəddarlıqları, alçaq xislətləri ilə seçiliblər. Amma ölkəmiz həmişə humanist, rəhmli bir mövqe ortaya qoyub. Düşünürəm ki, bu bizim müsəlman, islam dininin daşıyıcısı olmağımızdan irəli gəlir. Həmin şəxs yaşlı insandır və müraciət edib, ona müsbət cavab verilib. Bu addım Azərbaycan xalqı, milləti adına yaxşı bir haldır”.
2014-cü ildə vətəndaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin doğmalarını ziyarət edərkən girov götürülməsi məsələsinə gəlincə, E.Əsədov həmyerlilərimizin əsir götürülməsinin və onlara işgəncələr verilməsinin dəhşətli hal olduğunu deyib. Bəs doğmalarını ziyarət edən vətəndaşlarımızın girov götürülməsi, amma qarşılığında erməni olan birinin ölkəmizə gəlib anasının qəbrinə rahatlıqla baş çəkməsi nə dərəcədə doğru hesab oluna bilər? Birlik sədrinin sözlərinə görə, erməni şəxsin ölkəmizə gəlməsi xalqımızın adına yaxşı bir imicdir:
"Ziyarətə gələn şəxs sırf erməni deyil, səhv eləmirəmsə, anası erməni olub. Hadisə bir daha dünyaya sübut edir ki, erməni xalqı necə bir xalqdır. Onsuz da Azərbaycan dövlətindən belə bir tolerant addım gözləyirdim. Yaşlı bir adam ömrünün sonuna yaxın anasını ziyarətə gəlib. Müharibə şəraitində olmağımıza baxmayaraq, həmin şəxs Ermənistandan yox, Rusiyadan gəlmiş bir insandı. Təbii ki, bizdə qısqanclıq yarana bilər ki, niyə bizimkilər gedib ziyarət edə bilmir. Bu sualın cavabı isə budur ki, biz azərbaycanlıyıq, azəri türküyük, biz müsəlmanıq, bizim mərhəmətimiz, rəhmimiz, insanpərvərliyimiz var”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya