Ev almaq istəyənlərin nəzərinə: "Qiymətlər bahalaşacaq"
12:31 15.03.2021
Arxiv
490
“Əmlak Məsələləri Dövlət Xidməti bir il ərzində sənədsiz evlərin sənədləşdirilməsi prosesini yekunlaşdıra bilər.
Bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində əmlak eksperti Ramil Osmanlı deyib.
O bildirib ki, Əmlak məsələləri üzrə Dövlət Komitəsinin strukturunda baş verən dəyişikliklər bu prosesin uzadılması səbəblərindən biridir:
“Lakin konsepsiyanın qəbulundan sonra prosesin icrasının gecikməsi səbəbləri aydın deyil. Komitə tərəfindən o zaman Bakı və Abşeronda 165 mindən, respublikanın ayrı-ayrı ərazilərində 70 mindən artıq fərdi ev inventarlaşdırılmışdı. Bu, mövcud rəqəmlərin heç yarısı deyil”.
Ramil Osmanlı sözügedən evlərin sənədləşdirilmə prosesindən sonra qiymətinin 20 faiz artacağını bildirib:
“Hazırda sənədli və sənədsiz torpaqların qiymətində 2-3 qat fərq var. Bir neçə sot torpaq sahəsi evin tikintisindən sonra kifayət qədər böyük qiymət fərqinə yol açır. Sənədləşmə prosesinin icrasından sonra bu evlərin ümumi dəyərində 20 faizə qədər qiymət fərqi yaranacaq. Yəni həmin evlər bu gün 50 min manata satılırsa, sənədləşmədən sonra onlar 60-65 min manata satılacaq.
Prosesin ən vacib tərəfi isə odur ki, sənədləşmədən sonra bu evlərdən dövlət büdcəsinə daxilolmalar artacaq. Hesablamalara görə, il ərzində Azərbaycan sənədsiz evlərə görə 50 milyon manatdan artıq vəsait itirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə