Hələbdə minlərlə insan təxliyyə olunacağını gözləyir




Suriyanın ən böyük şəhərlərindən olan Hələbdə minlərlə insan təxliyyə olunacağını gözləyir.

Sherg.az "Lemonde.fr”ə istinadən xəbər verir ki, BMT-nin məlumatına görə, bu şəhərin üsyançıların nəzarətində olan hissəsində  40 min mülki vətəndaşın təxliyyə prosesi təxirə salınıb. O insanlar arasında azyaşlılar çoxluq təşkil etdiyi bildirilir. 

Bu durum isə aclıq və soyuqdan əziyyət çəkən həmin insanların səhhətinə ciddi ziyan vurur.