Ana və atası heç vaxt Abdullanı axtarmırdılar və onunla maraqlanmırdılar. Bəlkə də bu laqeydlik onun gələcək illərdə başına gələcəklərinin tək səbəbi idi. Bu durum ətrafdakıların təbii ki, diqqətini çəkirdi. Amma verilən suallara tərs cavab verdiyinə görə heç kim ona bir daha sual verməyə cürət etmirdi. Abdullah Aksoy iki dəfə ailə həyatı qurur. Lakin bu evliliklər uzun sürmür. Hər iki həyat yoldaşının onun epilepsiya səbəbindən tərk etdiyini zənn edirdi. Lakin belə deyildi. Abdullah Aksoy əslində homoseksual idi və elə bu səbəbdən evlilikləri davam etmirdi. Bundan əlavə atası onun homoseksual olduğunu biləndə evdən qovmuşdu. Bu isə onda dərin psixoloji yara buraxmışdı.
Hər kəs ona acıyırdı...
04:24 11.03.2021
Arxiv
970
13 nəfərin qatili kimi ortaya çıxdı
"Cumra Canavarı" kimi məşhurlaşan və işlədiyi cinayətlərə görə 1960-ci illərə damğa vuran Abdullah Aksoy hər kəsin acıdığı qatı cinayətkardır.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdullah Aksoy Konyada sadəcə bir əkinçi olub. Ancaq 15 yaşında bir qəzadan sonra epilepsiya xəstəliyinə tutulub. Bu qəzadan sonra hamı ona rəhm etməyə və kömək etməyə başlayıb. Müxtəlif inşaat işlərində çalışıb. Tez-tez getdiyi bir kafedə tək oturar, heç kimlə dostluq etməzmiş. Yalnız yaşlı kişilərlə söhbət edərdi. Abdullah Aksoyun daha üç qardaşı olub. Onlardan ikisi Almaniyaya işçi olaraq getmiş, biri isə Konyada sürücü işləyirmiş.
Ana və atası heç vaxt Abdullanı axtarmırdılar və onunla maraqlanmırdılar. Bəlkə də bu laqeydlik onun gələcək illərdə başına gələcəklərinin tək səbəbi idi. Bu durum ətrafdakıların təbii ki, diqqətini çəkirdi. Amma verilən suallara tərs cavab verdiyinə görə heç kim ona bir daha sual verməyə cürət etmirdi. Abdullah Aksoy iki dəfə ailə həyatı qurur. Lakin bu evliliklər uzun sürmür. Hər iki həyat yoldaşının onun epilepsiya səbəbindən tərk etdiyini zənn edirdi. Lakin belə deyildi. Abdullah Aksoy əslində homoseksual idi və elə bu səbəbdən evlilikləri davam etmirdi. Bundan əlavə atası onun homoseksual olduğunu biləndə evdən qovmuşdu. Bu isə onda dərin psixoloji yara buraxmışdı.
Bir gün Muharrem Özkaya adlı bir şəxsin Çumraya dost ziyarətinə getdiyi və bir neçə gün keçməsinə baxmayaraq evə qayıtmadığı məlum olur. Bunun üzərinə ailəsi onun itkin düşdüyü barədə polisə məlumat verir.
Muharrem Özkayanın yanında son olaraq Abdullah Aksoyun göründüyü bildirilir. Polis bölməsinə çağrılan Aksoyun davranışları şübhə doğurur. Əvvəlcə o, həmin adamı tanımadığını, sonra görüşdüyünü, birlikdə evə getdiklərini deyir. O, polisə qapıda epilepsiya olduğunu və özünə gələndə isə həmin adamın orada olmadığını iddia edir. Bu ifadədən sonra polis araşdırma aparmaq üçün Abdullah Aksoyun evinə gedir. Evdəki qəribəlik dərhal polislərin diqqətini cəlb edir. Yataqda qan izlərini, yerdə çarşafa bükülmüş kəsikləri, itkin kişinin saatını görən polislər həyəcanlanırlar. Dərhal qazıntı işləri aparılır. Qazıntı yerində itkin kişinin cəsədi yarım çılpaq və başı aşağı, əlləri və ayaqları isə iplə bağlanmış halda aşkarlanır. Başında geniş və dərin yarıqların olduğu müəyyənləşir. Boğazındakı izlərdən isə yaralıykən boğularaq öldürüldüyü təsdiqlənir. Evindən cəsəd çıxan Abdullah Aksoy sadəcə "heç kimi öldürmədim, vallah" deməklə kifayətlənir. Bundan sonra nəzarətə alınan Abdullah Aksoy törətdiyi cinayəti etiraf edib: "Ona mərhəmət edib evimə apardım. Mən passiv homoseksualam. Aramızda mübahisə düşdü. Şeytana uyub onu öldürdüm".
Bu hadisədən sonra polislər Çumradaki itkinlərin Abdullah Aksoyla əlaqəli ola biləcəyini düşünür və geniş tədqiqata başlayırlar. Araşdırmalar nəticəsində Abdullah Aksoyun bir çox qətldə iştirak etdiyi məlum olur.
O etiraf edir ki, öldürdüyü insanları əvvəlcə kömək bəhanəsi ilə evinə çağırırmış və təcavüz edirmiş. Daha sonra isə öldürürmüş. Hətta bir dəfə eyni inşaatda çalışdığı bir dostunu eyni üsulla aldadıb. Onu öldürdüyünü düşünsə də kişi qaçmağı bacarır. Bu hadisədən sonra Abdullah Aksoy dostunun ona guya təcavüz etdiyini və pulunu oğurladığını iddia edərək kişini məhkəməyə vermişdi. Məhkəmə Aksoyu bu məsələdə haqlı çıxarmış və adam iki ay həbs cəzasına məhkum edilmişdi. Araşdırmalar nəticəsində Abdullah Aksoyun Çatalhöyükdə işləməyə gələn iki alman arxeoloqu və üç texniki işçi də daxil olmaqla 13 nəfəri öldürdüyü müəyyənləşir. 1962-1967-ci illər arasında törətdiyi bu cinayətlərdən sonra o, ölüm cəzasına məhkum edilir. Özü də daxil olmaqla bir çox insan törətdiyi cinayətlərə görə ona ölüm hökmünün çıxarılacağını proqnozlaşdırırdı. Ancaq məhkəməyə getməzdən bir həftə əvvəl belindəki kəmərlə su borusunda özünü asaraq intihar edir. Onun cənazəsinə heç kim sahib çıxmır. "Nə ölüsü, nə də dirisi" deyərək atası oğlunun cəsədini belə götürmür. Cənazə namazında imamın arxasında isə yalnız iki nəfər durur: qəbiristanlıq keşikçisi və cənazə maşınının sürücüsü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat