İlkin nəticə açıqlandı - İmamoğlu Yıldırıma qalib gəldi



Türkiyənin Yüksək Seçki Qurumu (YSK) bu gün İstanbul şəhər böyük bələdiyyəsinə keçirilən təkrar səsvermə ilə bağlı mətbuata yayımla bağlı qoyduğu qadağanı aradan götürüb. 

Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, yayım qadağasından dərhal sonra media ilkin xəbəri yayımlayıb. 

YSK-nın məlumatına görə, bu gün keçirilən seçkilərdən sonra səslərin təxminən 95 faizi sayılıb və Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu qabaqdadır. Belə ki, İmamoğlu seçicilərin 53.69-unun səsini qazanıb. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir və parlament sədri Binəli Yıldırım isə 45.39 faiz səs alaraq ikinci olub. 

Rəsmi nəticələr isə səslərin tam sayılmasından sonra bilinəcək. Hazırda səslərin davamı sayılır. 

Anar