İngiltərədən açıqlama: Türkiyə vazkeçilməz ortaqdır




İngiltərənin Avropada məsul dövlət naziri Alan Duncan, Türkiyənin İngiltərə üçün imtina edilməz bir ortaq olduğunu ifadə edib.
sherg.az türk mediasına istinadən  xəbər verir ki, İngiltərə XİN-dən yayılan  şərhdə,  Türkiyəyə gələn  Duncanın ziyarətinin 17 avqusta qədər davam edəcəyi bildirilir.
Alan Duncan, Türkiyənin İngiltərə üçün imtina edilməz bir ortaq olduğunu ifadə edərək, "Keçən il çevriliş cəhdiylə türk demokratiyasına vurulan zərbəni bir  daha qınayıram. Türkiyə artıq vətəndaşlarına və dünyaya hər şeyin normala döndüyünü göstərməlidir. Yaxın bir dostu olaraq İngiltərə, demokratiyanı qoruma səylərində Türkiyəni dəstəkləməyə hazırdı" deyə bildirib.

Duncan daha sonra belə deyib: 

Türkiyəyə 5-ci rəsmi ziyarətimdən dolayı   məmnunam. Türkiyə, İngiltərə üçün imtina edilməz bir ortaqdır. Təhlükəsizlik, ticarət və elm sahələrindəki əməkdaşlığımız hər iki ölkəyə  böyük fayda verməkdədir.