İran ABŞ-ı nüvə sazişindən imtina ilə HƏDƏLƏYİR

Həsən Ruhani: "ABŞ yenidən köhnə - sanksiya metoduna qayıdarsa, biz də sazişdən imtina edib əvvəlki vəziyyətimizə qayıdacağıq və bununla da daha güclü olacağıq"


İran ABŞ-ı siyasi sanskiyalarını və məcburetmələrini davam etdirəcəyi halda  nüvə proqramı ilə bağlı sazişdən imtina edəcəyi ilə təhdid edir. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə,  2015-cı ildə İranla supergüclər arasında Tehranın nüvə proqramını məhdudlaşdırmasına dair razılıq ədə olunub. Bunun müqabilində isə İran üzərindən beynəlxalq sanksiyalar götürülməli idi. 

Qeyd edək ki, sözügedən saziş ABŞ-ın indiki prezidenti Donald Trampın sələfi Barak Obama hakimiyyəti dönəmində imzalanıb və hazırda D.Tramp sazişin şərtlərini pozur. Bu mənada İran məlum sazişdən imtina edəcəyini gündəmə gəirir. 

İran prezidenti Həsən Ruhani də bəyan edib ki,  İrana sanksiya tətbiq etmə Tramp administrasiyasının hazırkı müzakirə mövzusudur: "ABŞ yenidən köhnə - sanksiya metoduna qayıdarsa, biz də sazişdən imtina edib əvvəlki vəziyyətimizə qayıdacağıq və bununla da daha güclü olacağıq". 

Tərcümə etdi : "Ayyət ƏHMƏD