İranda Trampa qarşı etiraz aksiyası keçirilib





Dünən, İranda 1979-cu il fevralın 10-da baş vermiş İran inqilabının ildönümü zamanı iranlılar paytaxt Tehranın Qərbində yerləşən Azadi meydanına yığışaraq ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı etiraz aksiyası keçiriblər. 

Sherg.az "Lemonde.fr”ə istinadən xəbər veri ki, nümayişçilər əsasən D.Trampı hədəfə alıblar. 

Onlar D.Trampın İran vətəndaşlarının ABŞ ərazilərinə daxil olmasına dair qoyuduğu qadağaya və rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalara narazılıq ediblər. Hətta nümayişçilərdən biri "Tramp, ABŞ-ın həqiqi simasını bizə göstərdiyin üçün sənə "təşəkkür” şüarı ilə çıxış edi.

Ölkə prezidenti Həsən Ruhani isə bu aksiyanı Ağ Ev rəhbərinin ədalətsiz və yanlış sərəncamları ilə izah edib.

Ayyət Əhməd