İstanbul seçimini etdi – Səslər sayılır

Bu gün İstanbul şəhər Böyük Bələdiyyə başqanlığına keçirilən təkrar seçkilərdə səsvermə prosesi başa çatıb.
Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yüksək Seçki Qurumunun (YSK) qərarına görə İstanbulda Bakı vaxtı ilə saat 09.00-da başlayan səsvermə 18.00 –da sona çatıb. Səsvermə saatı başa çatsa da, məntəqə önündə növbəyə duran seçicilər məntəqə sədrləri tərəfindən saya alındıqdan sonra sıra ilə səslərini verirlər.
Seçki qutusu siyahısındakı bütün seçicilər səs vermiş olsalar belə, seçki saatı bitməmiş qutular açılmayıb. Bu saatlarda məntəqə üzvləri seçkilərdə səsləri saymaqdadırlar.
Onu da qeyd edək ki, seçki qanunlarına görə, bu gün Bakı vaxtı ilə saat 19.00-dan etibarən mətbuatda propoqanda məqsədli xəbərlər, səsvermənin sayılmasına təsir edə biləcək xəbərlər, şərhlər və köşə yazıları yayımlana bilməz. Saat Bakı vaxtı ilə 19.00-22.00 aralığında radio və bütün növ mətbu orqanlarda sadəcə YSK tərəfindən seçkilərlə bağlı veriləcək xəbərlər yayımlana bilər. Saat 22.00-dan sonra isə bütün xəbər verilişi sərbəst olacaq.
Anar