İstanbulda terror aktı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib





İstanbulun Beşiktaş rayonunda terror aktı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmə-tibb ekspertləri Maçka parkı yaxınlığında aşkarlanan terrorçu-kamikadzenin qalıqlarının DNT nümunələrini tədqiq edib. Ekspertiza nəticəsində terrorçu-kamikadzenin Şanlıurfa vilayətinin sakini, 20 yaşlı Burak Yavuz olduğu məlum olub.
Dekabrın 10-da İstanbulda törədilən iki partlayış nəticəsində 44 nəfər ölüb.