İtaliyada qadınlara gözyaşardıcı qaz balonları paylanacaq





İtaliyanın Piza şəhəri yaxınlığındakı Kaşina qəsəbəsinin meri Suzanna Çekkardi hər bir qadına kiçik gözyaşardıcı qaz balonları verməyi təklif edib.

Trend-in məlumatına görə, bunun məqsədi qadınların cinsi zorakılığa qarşı müdafiə olunmasını təmin etməkdir.

Mer balonların alınması üçün vəsaitin ayrılmasını da tapşırıb.

Bundan başqa, sentyabrın sonlarında Kaşinada ödənişsiz özünümüdafiə kurslarının açılması planlaşdırılır.