Kəsilən dananın mədəsindən pul çıxdı

Pullar paketin içərisində olduğu üçün zərər görməmişdi
Konyanın Ilgın qəsəbəsində sahibi xəstələnən dananı kəsdikdən sonra heyvanın mədəsindən min 900 lirə çıxıb.
İsmayıl Cəsura aid büyük baş heyvanlarından biri, gecə birdən xəstələnib. Cəsur, narahatlığı artan danasını kəsmək məcburiyyətində qalıb. İsmayıl dananın ətini sümüyündən ayırdığı zaman heyvanın mədəsində bir paket olduğunu görüb.(Milliyet)
Açdığı paketdə pul olduğunu fərq edən Cəsur, təəccüblənib. Bir müddət sonra təmizlədiyi pulları sayıb, paketdə 100 və 200 lirəlik banknotlardan ibarət cəmi min 900 lirə olduğunu təsbit edib.
Cəsur, bəslədiyi heyvanlardan birinin birdən xəstələndiyini söyləyir.
 "Kəsdiyim dananı 2 ildir saxlayıram. Dananın mədəsindən paket içərisinə sarılmış pul çıxdı. Pullar paket içərisində olduğu üçün zərər görməmişdi. Paketi açaraq pulları saydım. Heyvanın mədəsindən cəmi min 900 lirə pul çıxdı. Bu günə qədər xeyli heyvan bəslədim, ancaq belə bir hadisəylə ilk dəfə qarşılaşdım." deyib.