Kirayə mənzillərin bahalaşması ETİRAZ YARADIR

Ramil Osmanlı: "Tələb artır və qiymət yüksəlir. Bunu hansısa inzibati resurslarla tənzimləmək mümkün deyil”



"Kirayə evlərin qiymətlərini tənzimləmək mümkün deyil”.

Bunu "Sherg.az”a növbəti dərs ilinin başlanması ilə əlaqədar paytaxta tələbə axının güclənməsi nəticəsində kirayə haqlarının bahalaşmasından danışarkən Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. 

Ekspert bu problemin tələb və təkliflə əlaqədar olduğunu diqqətə çatdırıb:

"İyul ayında tələbələr rayonlara qayıdarkən qiymətlərin azalması baş verir. Bu zaman elə də səs küy yaranmır. Çünki bu evə tələbatı olan insanların ürəyincə olur. Yenidən avqust ayında kirayə qiymətlərinin yüksəlməsi ilə regionlardan gələn insanlar imkanlarının aşağı olması səbəbindən etiraz edirlər.

 Əslində bu tam təbii prosesdir. Yaranmış vəziyyətlə əlaqədar qiymət artımının baş verməsi bazarın tələblərinə adekvat baş verir. Tələb artır və qiymət yüksəlir. Bunu hansısa inzibati resurslarla tənzimləmək mümkün deyil”.

Aysel Aslan