Konqoda Ebola virusu: ölənlərin sayı 4 - ə çatdı

Fevral ayında Konqoda Ebola virusuna yoluxanlardan 4 nəfər dünyasını dəyişib.

APA “France-Press”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yevgeni Naznzu Salitaya bildirib. 

Nazir qeyd edib ki, bu günə qədər ölkənin Kivi ərazisində  Ebola virusuna 6 nəfər yoluxub. Onlardan 4 nəfəri ölüb. Son ölüm hadisəsi fevralın 20-də qeydə alınıb.

Qeyd edək ki, bu il ölkədə Ebolaya yoluxma hadisəsi ilk dəfə fevralın 1-də Şimali Kivu əyalətinin Butembo şəhərində aşkar edilib.