Körpələrə elektron qaydada ad verilməsinə MÜNASİBƏT
17:14 24.05.2019
Arxiv
688
Valideynlər dünyaya yeni gəlmiş övladlarına ənənəvi olmayan adlarla bağlı müraciət etdikdə, onlara elektron qaydada xəbərdarlıq ediləcək.
Bu barədə "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı "myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, bu funksiya "myGov” layihəsi çərçivəsində istifadəyə verilən "Şəxsi kabinet”ə inteqrasiya olunub:
"Bu xidmət vasitəsilə valideynlər dünyaya yeni gələn övladlarına elektron qaydada ad verə biləcək. Sistem üzərindən uşağa ad verildiyi zaman, adın mənası avtomatik olaraq göstəriləcək. Belə ki, bəzi hallarda valideynlər övladlarına adın mənasını bilmədən qoyurlar. Bəzən qız uşağına oğlan adı və ya ənənəvi olmayan ad qoyulur. Belə olan təqdirdə də sistem üzərindən müvafiq xəbərdarlıq çıxacaq. Ad verdikdən sonra ata və ananın soyadlarına uyğun olaraq, soyad təklifləri də göstəriləcək ki, bu da valideynlərə soyadları hansı formada seçə biləcəklərinə imkan yaradacaq”.
Dilçilik İnstitutunun əməkdaşı, professor Sayalı Sadıqova "Sherg.az”a bildirib ki, Nazirlər Kabineti yanında adlar və soyadlar üzrə komissiya var. Əvvəlcə bu komissiya ilə müzakirələr aparılmalıdır:
"Daha sonra müvafiq lüğətlərin elektron qaydada öz əksini necə tapacağı müzakirə olunmalıdır. Bu kimi məsələlər xüsusi qanunlarla idarə olunur. Əvvəlcə adlar və soyadlar komitəsi və adların mənasını izah edən təşkilatla məsləhətlər aparılmalıdır. Valideynlər üçün "şəxsi kabinet”i yaradılanda qeyd etdiyim qurumlarla müəyyən əlaqələr olmalıdır. Bundan sonra fəaliyyət qurum fəaliyyət göstərə bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
07:17 19.08.2026
Sağlamlıq
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol