Mədəniyyət naziri kanal rəhbərləri ilə görüşüb
15:32 16.02.2021
Arxiv
418
Fevralın 16-da Milli İncəsənət Muzeyində Mədəniyyət naziri Anar Kərimov ilə ölkədə fəaliyyət göstərən televiziya kanalları rəhbərlərinin görüşü keçirilib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Rövşən Məmmədov ("Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti), Mirşahin Ağayev (Real TV), Balakişi Qasımov (İctimai Televiziya), Kamil Şahverdiyev (Space TV), Murad Dadaşov (Xəzər TV), Azər Xəlilov (Azad Azərbaycan TV), Vüqar Xəlilov (CBC TV), Radik İsmayılov (ARB TV) və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak edib.
Əvvəlcə görüş iştirakçıları Milli İncəsənət Muzeyinin “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgisi ilə tanış olublar.
Sonra görüş dəyirmi masa formatında fikir mübadiləsi ilə davam edib. A.Kərimov ilk olaraq 14 fevral tarixində qeyd olunan Milli televiziyanın yaranması günü münasibətilə televiziya rəhbərlərini təbrik edib. Bildirib ki, cəmiyyətin inkişafında, milli həmrəyliyin gücləndirilməsində televiziyaların böyük rolu var: “Rəqəmsal platformaların daha çox vüsət aldığı bir vaxtda, statistika göstərir ki, ənənəvi media vasitələri öz mövqelərini qoruyub saxlamaqda davam edir. Bu gün televiziyalar ictimai fikrin formalaşmasında, müstəqil dövlətçiliyimizin təbliğində mühüm rol oyanır. Bunun ən bariz nümunəsini biz 44 günlük Vətən müharibəsi zamanı televiziyalarımızın fəaliyyətində görə bildik”.
Daha sonra A.Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlardan söz açıb. Nazir həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq mədəniyyət sahəsində həyata keçirilən islahatların və yeniliklərin ictimaiyyətə təqdim edilməsi prosesinə televiziyaların da dəstək göstərməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə mədəniyyətin bütün sahələrinin işıqlandırılmasının diqqətdə saxlanılması, o cümlədən Qarabağın mədəni irsinin təbliği (Mədəniyyət Nazirliyinin “Mədəniyyəti Qarabağa qaytarırıq” layihəsi) məsələləri müzakirə edilib.
Nazir mədəniyyət sahəsinin təbliği ilə bağlı görüş iştirakçılarının təkliflərini dinləyib. Müzakirə zamanı televiziyaların film nümayişi siyasətinə yeni baxış, nazirliklə televiziyalar arasında işçi qrupun yaradılması, eləcə də nazirliklə televiziyalar arasında birgə fəaliyyət planının hazırlanması ilə bağlı fikirlər səsləndirib.
Diskussiyalarda vətənpərvərlik mövzusunda verilişlərin hazırlanması, mədəniyyətin müxtəlif sahələrində insan resurslarının inkişafı, cizgi filmlərinin istehsalı və yayımı müzakirə edilib. Kino sahəsindəki yeniliklər və bu sahədə görüləcək işlər, eləcə də televiziyaların “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq məsələləri də görüşün müzakirə obyektlərindən olub.
Görüşdə kino, teatr, sirk sənəti, digər sahələr üzrə kadrların hazırlanması kimi məsələlərə diqqət çəkilib. Nazir yaxın zamanlarda film.az platformasının yaradılacağını diqqətə çatdırıb. Qeyd edib ki, bu platforma həm xarici, həm də yerli kanal və şirkətlərin Azərbaycanda film və pavilyon çəkilişlərindən asanlıqla istifadəsinə şərait yaradacaq. Görüş zamanı həmçinin “Nizami ili” ilə bağlı tədbirlər planı, Zəfər muzeyinin yaradılması və digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.
Televiziya rəhbərləri müəyyən məqamlarla bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, “Mədəniyyət” kanalı Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edir və bundan sonra da nazirliyin platforması kimi birgə layihələri davam etdirəcək. Nazirlik tərəfindən yaradılacaq Azərbaycan Kino Agentliyi ilə əlaqələrin qurulması da müsbət qarşılanan fikirlər sırasında olub.
Həmçinin regional mədəniyyət idarələri ilə sıx əməkdaşlıq, ali və peşə təhsili müəssisələrində operator, səs rejissoru və digər sənət sahələrinin gənclər arasında populyarlaşdırılması və inkişafı, teatrlarda milli satirik ruhlu tamaşaların müasir yanaşmalarla təqdim edilməsinin əhəmiyyəti qeyd olunub.
Görüş iştirakçıları Əqli Mülkiyyət Agentliyi tərəfindən musiqi əsərlərinin lisenziyalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd olunan məsələlərə münasibət bildirən nazir yaxın zamanlarda verilən təkliflər üzrə işçi qrupunun yaradılacağını və bu istiqamətdə artıq müəyyən addımların atıldığını deyib. Bildirib ki, səsləndirilən bütün təkliflər nəzərdən keçiriləcək. Təkliflərin həyata keçirilməsi həm nazirliyin, həm də televiziyaların fəaliyyətinə töhfə verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial