Medvedev: "Rusiya Andrey Karlovun qətlini cavabsız qoymayacaq"




"Rusiya Ankaradakı səfiri Andrey Karlovun qətlini cavabsız qoymayacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

"Sui-qəsdi təşkil edənlərin hamısı buna görə cavab verməlidirlər",-deyə Rusiya baş naziri vurğulayıb.
Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qatıldığı tədbirdə sui-qəsdə məruz qalıb. Terrorçu diplomata odlu silahdan bir neçə dəfə atəş açıb. Nəticədə səfir həyatını itirib.