Medvedev Türkiyə təlimatı verdi





Rusiya Baş naziri Dmitri Medvedev, İqtisadi İnkişaf Nazirliyinə Türkiyə ilə hökumətlərarası əməkdaşlıq proqramının imzalanması üçün təlimat verib.

Rus dövlətinin rəsmi sənədinin nümayiş olunduğu internet portalında Rusiya və Türkiyə hökumətləri arasında ticarət-iqtisadiyyat, elm-texnologiya və mədəniyyət sahələrinə dair ortaq əməkdaşlıq proqramı 2017-2020-ci illəri əhatə edir.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin hökumət adından proqramı imzalaması gözlənilir.