
Mehriban Əliyeva: “Yaralanmış əsgərlərə dövlət xüsusi diqqətlə yanaşır”
18:22 03.04.2017
Arxiv
366
"Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşü zamanı deyib.
"Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız. Tapşırığıma əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq. Mən əminəm ki, bu addımlar atılandan sonra sizin normal həyata qayıtmağınız, sağlamlığınızın bərpa olunması daha da sürətlənəcək. Şübhəm yoxdur ki, siz gələcəkdə Azərbaycan üçün, Vətən üçün daha da böyük işlər görəcəksiniz. Siz həmin günlərdə əsl qəhrəmanlıq göstərmisiniz. Sizin göstərdiyiniz qəhrəmanlıq, əlbəttə, ilk növbədə, hərbi qələbə idi. Bu qələbə sayəsində torpaqlarımızın bir hissəsi azad olundu. İndi orada qəsəbələr salınır, insanlar öz evlərinə qayıdacaqlar. Amma bu, hərbi qələbə ilə yanaşı, həm də ümumxalq qələbəsidir. Çünki siz insanlara yeni bir nəfəs, yeni bir inam verdiniz. Ona görə, mən bir daha demək istəyirəm ki, Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bu məsələdə tamamilə bir mövqedən çıxış edir. Haqq-ədalət bizim tərəfimizdədir. Əminəm ki, bu münaqişə tezliklə öz həllini tapacaq”, deyə Mehriban Əliyeva bildirib.
Görüşdə "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya