Məktəb psixoloqları ilə onlayn görüş keçirilib – FOTO
19:50 12.03.2021
Arxiv
406
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin psixoloqları ilə onlayn görüş keçirilib.
Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin və Təlimə Dəstək Mərkəzinin (TDM) müvafiq struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinin psixoloqları iştirak ediblər.
Görüşdə BŞTİ müdiri Mehriban Vəliyeva ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məlumat verib. İdarə müdiri çıxışı zamanı məktəb psixoloqlarının fəaliyyət göstərdiyi təhsil müəssisələrində şagirdlərə lazımi psixoloji dəstək göstərmələrinin vacibliyini vurğulayıb.
M.Vəliyeva nə qədər az təsadüf olunsa da risk qrupuna daxil olan uşaqlarla bağlı məsələlərin gündəmə gətirilməsi və bu istiqamətdə qabaqlayıcı işlərin görülməsi barədə tövsiyələr verib.
Görüş zamanı TDM-in psixoloqu Səidə Əhmədova “Yaş dövrü və aparıcı fəaliyyət növü” mövzusunda təqdimatla çıxış edib. Həmçinin o, psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim və valideynlərlə qarşılıqlı əməkdaşlıq etmək və profilaktik psixoloji tədbirlər təşkil etmək barədə məsləhət verib.
Görüşdə məktəb psixoloqlarını düşündürən məsələlər haqqında danışılıb və qarşılıqlı müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə