Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% "əla" olmalı, fənlərdən illik qiymətləri "əla" almalıdır. Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi - "Tədris dili" və "Riyaziyyat" istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər".
Məktəbi qızıl medalla bitirənlərin birbaşa universitetə qəbul olunması doğru deyil" - Direktorların marağı...
Azərbaycanda təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunacaq. Bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar. Yeni qanun layihəsinin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına təqdim edilməsi nəzərdə tutulur.
Layihəni dəyərləndirən təhsil eksperti Kamran Əsədov "Sherg.az” söyləyib ki, orta təhsil müəssisələrində qızıl medal aldığına görə, şagirdlərin qəbul imtahanından azad olunması qaydasında müəyyən çatışmazlıqlar var:
"İlk növbədə qeyd edim ki, orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməlidir. Eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir.
Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% "əla" olmalı, fənlərdən illik qiymətləri "əla" almalıdır. Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi - "Tədris dili" və "Riyaziyyat" istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər".Ekspert qeyd edib ki, bu prosedurların həyata keçirilməsi bir çox hallarda şəffaf olmur:
"Məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin diektora yaxın olmayan şagirdlər isə bu mükafatlardan kənarda qalır. qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilib ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolu açmış olacaq. Burda şəffaflığın təmin olunması çətin olacaq. Çünki hazırda 4500 orta məktəbdə baş verən hadisələrə müvafiq təhsil idarə edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə bir neçə qanuni yolla qəbul olub tələbə adını qazanmaq olar. Yəni şagirdlər DİM-in keçirdiyi I-II-III-IV-V ixtisas qruplarından iştirak edib keçid balı toplamaqla, beynəlxalq imtahan olan İELTS, SAT, GMAT nəticələri ilə, respublika fənn və beynəlxalq olimpiadaların və beynəlxalq turnirlərin, yarışların, müsabiqələrin, çempionatların qalibi olmaqla tələbə adını ala bilərlər . Siyahıya baxanda qəbulun əlçatımlılığının şahidi oluruq. Ali məktəb qəbul olmaq üçün kifayət qədər yol, üsul var. Nəzərə alsaq ki, qeyd olunanlar kifayət qədər çətin müsabiqələrdir, o zaman buna müsbət yanaşa bilərik".
K.Əsədov hesab edir ki, orta məktəbi qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil. Bunu qızıl medal alanların ali məktəblərə keçirilən imtahlarındakı nəticələri də təsdiq edir:
"Əgər respublika və beynəlxalq olimpiadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik. Onların qəbul imtahanlarında nəticələri daha yüksəkdir. Amma qızıl medal alanların isə yox. Misal üçün 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri 700 bal,145 nəfəri 600-699 bal,49 nəfəri 500-599 bal,22 nəfəri (400-499 bal,12 nəfəri 200-399 bal,1 nəfəri 140 bal toplayıb.16 nəfər isə xarici ölkələrin nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb. Göründüyü kimi, 248 medalçıdan yalnız 3-ü - 700 bal toplayanlar qızıl medala tam layiqdir. 685-700 arası bal yığanları da qızıl medala layiq saymaq olar, çünki ola bilər, 1 və ya 2 suala mexaniki səh üzündən dürüst cavab verməyiblər. Ancaq 600-dən aşağı bal toplayanlara heç cür qızıl medal vermək olmazdı. Onlara heç gümüş medal da düşmür. 650-700 bal toplayan yüzlərlə abituriyent var ki, onların attestatında aşağı qiymətlər də var. 200-300 bal toplayan "qızıl medal"lılar isə açıq-aşkar həmin medalı korrupsiya yolu ilə əldə ediblər. 140 bal toplayan medallı abituriyentin sinifdə qalmalı, attestat almamalı olduğu halda qızıl medala layiq görülməsi sırf cinayətdir. 2012-2016-cı illərdə qızıl və gümüş medal alan şagirdlərin sayına diqqət etsək, azalma olduğunu müşahidə edərik. Belə ki, 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərdən 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla, 2013-2014-cü dərs ilinin yekununda 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub. Qızıl və gümüş medalla təltif olunmağa görə rekord göstərici 2012-2013-cü tədris ilində olub. Belə ki, həmin dərs ilində orta məktəbin 11-ci sinfini 238 şagird qızıl, 10 şagird isə gümüş medala bitirib. Ondan əvvəlki il isə medal alanların sayı az olub. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Ən az rəqəm isə 2011-ci ildə olub. Həmin il Azərbaycanda şagirdlərdən 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb. Beləliklə, indiyə kimi ümumilikdə 960 şagird orta məktəbi medalla başa vurub. Onlardan 839-u qızıl, 121-i isə gümüş medal alıb. 2018-ci ildə , 185 məzun qızıl, 38-məzun isə gümüş medala layiq görülüb. Təəssüf ki, bu qədər qızıl medal alanlar arasıdna kifayət qədər aşağı bal toplayanlar var. Bu onu göstərir ki, qızıl medalların verilməsi zamanı ciddi qanun pozuntuları, neqativ hallar var. Əlbətdə ki, 2013-cü ildə qəbul edilmiş təhsilininkişafı üzrə dövlər stategiyasına görə təhsilin əhatə dairəsi genişlənməlidir, əlçatımlılıq təmin olunmalıdır. Həqiqətən də Azərbaycanda ali thsilli əhalinin sayının az olduğuna görə bu vacibdir. Hal hazırda ölkə vətndaşımızın yalnız 17 faizi ali təhsillidir. Amma bu o demək deyil ki, biz bütün üsulları tətbiq etməklə insanları ali təhsilə cəlb etməliyik. Bu zaman keyfiyyət ciddi şəkildə aşağı düşəcək”.
Təhsildə nailiyyətləri ilə fərqlənənlərə məqsədli pul mükafatının verilməsinə toxunan həmsöhbətimiz bəyan edib ki, bu addım şagirdlərdə stimul yaradacaq:
"Birincisi, yaxşı olar ki, bu tendensiyanı gerçəkləşdirəcək dövlət qurumu ətraflı olaraq göstərilsin. İkincisi də şagirdlərə pul mükafatının birdəfəlik verilməsi və ya müəyyən müddətdən sonra geri alınması məsələsinə aydınlıq gətirilsin. Eyni zamanda veriləcək mükafatın miqdarı və verilmə qaydası izah olunmağına da ehtiyac var. Bu məsələ ilə bağlı məlumat "Ümumi təhsil haqqında” qanun layihəsində göstərilmir. "Ali Təhsil haqqında” qanun qəbul olunarsa, orada qeyd olunacaq. Ümumilikdə hesab edirəm kli, 2013-cü ildə qəbul edilmiş təhsil inkişafı haqqında dövlət strategiyasında da göstərilir ki, təhsil əlçatan olmalıdır, onun əhatə dairəsi genişlənməlidir. Ən ciddi addım əsasən bu sahədə atılmalıdır”.
Kənan Eynuroğlu