Nazir: "Bir kəmər - bir yol" təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər
17:17 06.09.2019
Arxiv
298
"Bir kəmər - bir yol" təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər.
"Sherg.az" bildirir ki, bunu Trend-ə müsahibəsində Latviyanın iqtisadiyyat naziri Ralf Nemiro deyib.
Azərbaycanın Avropanın nəqliyyat imkanlarının yaxşılaşdırılmasına töhfəsindən danışan nazir Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyini vurğulayıb:
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan üçün Şərq-Qərb tranzit dəhlizində vacib elementdir. Gələcəkdə bu dəmir yolu Çin və Mərkəzi Asiyadan Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Cənubi Avropaya yeni tranzit marşrutlarının inkişafına xidmət edəcək".
Nazir bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı Latviya üçün vacib olsa da, ölkə Avropanın şimal hissəsinə qapı rolunu oynayır:
"Latviya "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Çinlə fəal əməkdaşlıq edir. Bu təşəbbüs, eləcə də Avrasiyada logistika zəncirinin digər marşrutları Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər. Biz hesab edirik ki, mövcud Şərq-Qərb marşrutları Qara dəniz və Latviya limanları arasındakı Şimal-Cənub marşrutları ilə bağlana bilər".
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinə gəldikdə, R.Nemiro "Cənub Qaz Dəhlizi" layihəsini vurğulayıb:
"Cənub Qaz Dəhlizi" Avropanın Rusiya təbii qazından asılılığını azaltmağı nəzərdə tutduğu üçün Latviya bu layihəni Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə kimi qiymətləndirir. Latviya layihəni alqışlayır və Avropada bütün təbii qaz bazarı üçün faydalı hesab edir. Yeni təbii qaz mənbələri və marşrutları enerji bazarına və istehlakçılara xeyir gətirəcək. Avropa İttifaqının ambisiyalı iqlim hədəflərinə baxmayaraq, təbii qaz enerji bazarında vacib rol oynamaqda davam edəcək və biz gələcəkdə uğurlu əməkdaşlığa ümid edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya