Nazir: “Ermənistan Azərbaycana hərbçilər göndərməyə cəhd edir”
09:33 15.03.2021
Arxiv
441
“Üçtərəfli razılaşmaya uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, Azərbaycanın Ermənistana təhvil verdiyi hərbi əsirlərin sayı Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından xeyli çox olub: “Hətta hərbi əməliyyatlar gedən zaman Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu addımlar atılıb”.
Xarici işlər naziri qeyd edib ki, ATƏT sədrinin qeyd etdiyi şəxslər üçtərəfli bəyanat imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad edilmiş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: “Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir. Bu kimi halların baş verməməsi üçün üçtərəfli bəyanata riayət olunması vacibdir”.
C. Bayramov nəzərə çatdırıb ki, hətta indi də Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir:
“Bu məsələ BMT Baş Assambleyasına da çatdırıldı, bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib. Ermənistanda əsgər valideynləri də övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edirlər, aksiyalar keçirirlər. Bütün dünya mediası da bunu görür. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, tutulmuş bütün şəxslərin qaytarılması proseslərin daha yumşaq getməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə