Nazir İran parlamentinin komissiya sədri ilə görüşüb
14:02 17.02.2021
Arxiv
420
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov İran İslam Respublikasının İslam Şura Məclisinin nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, bu səfərinin ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərin inkişafına töhfə verəcəyini bildirib.
Nazir ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə nümayiş etdirdiyi dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub.
Müctaba Zünnuri böyük Zəfər münasibətilə Azərbaycan dövlətinə və xalqına təbriklərini çatdırıb, İranın Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi və Azərbaycan ilə həmrəyliyini vurğulayıb. O, müharibədə həyatını itirən şəhidlərin yaxınlarına və Azərbaycan xalqına başsağlığı bildirib və yaralılara Allahdan şəfa diləyib.
Görüşdə ikitərəfli əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğu vurğulanıb. Öz növbəsində, parlamentlərin bu münasibətlərin genişləndirilməsinə öz töhfələrini verə biləcəyi qeyd olunub.
Bölgədə yaranmış yeni vəziyyət və yeni imkanlar fövqündə ölkələrimizin bir-sıra əməkdaşlıq layihələrinin həyata keçirilməsini irəli apara biləcəyi ifadə olunub. Habelə ölkələrimizin beynəlxalq müstəvidə əməkdaşlığı məmnunluqla qeyd olunub.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya