Nazir özünə yeni müşavir təyin etdi - FOTO
12:09 02.03.2021
Arxiv
495
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni kadr təyinatı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qəhrəman Oqtay oğlu Kazımov nazirin yeni müşaviri vəzifəsinə təyin edilib.
Q.Kazımov bu təyinata qədər 2018-2021-ci illərdə “Azerfon” MMC (Nar) şirkətində strategiya, kommersiya, marketinq, satış, biznesin inkişafı, qiymət siyasəti kimi istiqamətlər üzrə rəhbər vəzifələrində işləyib.
Xatırladaq ki, Q. Kazımov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, 2002-2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Macarıstanda İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə İsveçdə təhsilini davam etdirib, Telekommunikasiya Sektorunda Biznesin İnkişafı üzrə təhsil proqramının məzunu olub. Q. Kazımov 2008-2009-cu illərdə “British Petroleum” şirkətində Təchizat Proseslərinin İdarə Olunması şöbəsində də çalışıb. İngilis, rus və türk dillərini bilir.
Qeyd edək ki, bu barədə ilk məlumatı unikal saytı yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual