Nazir polkovniki vəzifəsindən azad etdi


Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı əmri Müdafiə naziri Zakir Həsənov imzalayıb.

Həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib.