Nazir: "Son 3 ildə 600 bal toplayanların sayı artıb"
11:44 21.12.2016
Arxiv
511
"1990-cı illərlə müqayisədə Azərbaycanda hazırda ali təhsil alan tələbələrin sayı iki dəfəyə yaxın artıb”.
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarovun sözlərinə görə, 1990-cı illərdə Azərbaycanda 17 universitet fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 51-ə çatıb: "Hazırda qarşıda duran əsas məqsədlərdən biri də ali təhsil müəssisələrimizin xarici ali təhsil müəssisələri ilə rəqabətə davamlı olmasını təmin etməkdir”.
Gələcəkdə ali təhsil alan tələbələrin sayının daha da artacağına ümidini ifadə edən nazir deyib ki, Azərbaycanda milli ali təhsil sisteminin inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdəndir:
"1990-cı illərlə müqayisədə aspirantura və doktorantların sayı 2 dəfədən çox artaraq 2875 nəfərə çatıb. Hazırda Azərbaycanın müxtəlif elmi müəssisələrində 33 min şəxs elmi tədqiqatlarla məşğul olur. Bundan başqa, universitet gənclərinin də elmi tədqiqatlarla məşğul olmasına, xarici dil biliklərinin öyrənməsinə, elmi texnologiyalardan istifadə etmələri üçün imkanlar yaradıılmalıdır”
Ümumi təhsilin keyfiyyət göstəricilərində son 3 ildə yüksək dinamikanın müşahidə olunduğunu vurğulayan M.Cabbarov bildirib ki, bunun nəticəsi ali məktəblərə qəbulun göstəricilərinə də təsir edib: "Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayan abituriyentlərin sayı 32 faiz artıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol