Obama Mandeladan sitat gətirdi : "Heç kim dəri rəngi..."





ABŞ-ın keçmiş prezidenti Barak Obama vəzifəsini Donald Trumpa təhvil versə də dünya hələ də ondan danışır.

"Sherg.az”ın məlumatına görə, Virciniya ştatında 13 avqustda baş verən irqçi təcavüzündən sonra Obamanın "Twitter" hesabındakı paylaşımı bütün zamanların ən çox bəyənilən tviti oldu.

Üç gündə təxminən üç milyon bəyənmə toplayan tvit, 47 min rəy, 1,2 milyon paylaşım aldı.
Sosial mediadan ən yaxşı şəkildə istifadə edən liderlərdən olan ABŞ-ın keçmiş prezidenti paylaşımında Cənubi Afrikada apartheid rejiminə son verərək ölkədə inqilaba imza atan Nelson Mandeladan sitat qeyd edib:

"Heç kim dəri rəngi, keçmişi ya da dinininə görə nifrət ediləcək şəkildə dünyaya gəlməz. İnsanlar nifrət etməyi öyrənmək məcburiyyətindədir. Əgər nifrəti öyrənə bilirlərsə, onlara sevgi də öyrətmək olar. Sevgi insan qəlbinə nifrətlə müqayisədə daha təbii gəlir"

Aysel Aslan