Olimpiada qalibləri universitetlərə imtahansız qəbul olunacaq




Xəbər verdiyimiz kimi, fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Qaliblər isə "Təhsil haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcək.

Lent.az məlumat verir ki, mövzu ilə əlaqədar Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayevfənn olimpiadalarının nəticəsinin bəzi statistikalarını açıqlayıb:

"Ümumilikdə, 274 qalibin 177-i paytaxt, 127-si isə bölgə məktəblərinin üzərinə düşür. Bakı məktəblilərindən başqa Sumqayıt, Oğuz, Bərdə, Gəncə, Cəlilabad, Ağcabədi və başqa bölgələrdə qızıl, gümüş və bürünc medal qazanan şagirdlərin olması bizi sevindirir və əlavə stimul verir”.
F.Qarayev əlavə edib ki, kənd məktəblərindən də qızıl, gümüş, bürünc medal qazanan şagirdlər var.