Ölkədə dərman istehsalı 10 dəfəyə qədər artdı - RƏSMİ
07:53 11.03.2021
Arxiv
334
2021-ci ilin yanvar-fevral ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 7,1 milyard manatlıq məhsul istehsal edib.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az sənaye məhsulu istehsal edilib.
Təkcə fevral ayı ərzində isə təxminən 3,5 milyard manatlıq sənaye məhsulu hasil olunub.
Bildirilib ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,3 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,1 faiz artıb.
Sənaye məhsulunun 64,1 faizi mədənçıxarma sektorunda, 29,1 faizi emal sektorunda, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 9,6 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,3 faiz, kağız və karton istehsalı 26,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,5 faiz, tikinti materiallarının istehsalı 13,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,5 faiz, elektrik avadanlıqlarının istehsalı 6,2 faiz, qida məhsullarının istehsalı 2,5 faiz artıb.
Geyim istehsalı 4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 6,1 faiz, neft məhsullarının istehsalı 17,9 faiz, içkilərin istehsalı 18,6 faiz, hazır metal məmulatlarının istehsalı 20,2 faiz, mebel istehsalı 59,6 faiz, poliqrafiya məhsullarının istehsalı 67,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 74,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 95,7 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,6 faiz azalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm
Zatulin Ermənistana qəzəbləndi: Bu, Rusiyaya hücumdur
15:00 11.02.2026
Gündəm
Ərdəbildə daha 100 nəfər həbs edildi
14:58 11.02.2026
Region
Daily Mail: Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazırlaşır
14:50 11.02.2026
Dünya
İrandan Ərdoğana ABŞ danışıqları üçün xüsusi təşəkkür gəldi
14:36 11.02.2026
Gündəm
Türk Hava Yolları martdan İrəvana uçuşlara başlayır
14:30 11.02.2026
Gündəm