Ömürlüklərin adları Əfv Komissiyasına verilib
07:12 17.03.2021
Arxiv
317
“Prezident yanında Əfv Məsələləri Komissiyası öz işinə başlayandan biz Monitorinq Qrupu adından öz siyahımızı təqdim etmişik. Siyahıda kifayət qədər məhbusun adı var. Mən inanıram ki, bizim siyahımız nəzərə alınacaq və kifayət qədər insan azadlığına qovuşacaq. Çünki bizim siyahımız başqa hüquq müdafiəçilərinin siyahısı kimi 100-150 nəfərlik deyil, konkret sayı əhatə edir. Kifayət qədər lazımlı və dəqiq siyahıdır”.
Bunu Modern.az-a açıqlamasında İnsan hüquqları üzrə İşçi qrupunun üzvü Səidə Qocamanlı Novruz bayramı ərəfəsində Prezident tərəfindən verilməsi gözlənilən əfvlə bağlı danışarkən bildirib.
Hüquq müdafiəçisi fərd olaraq məhbusların adını çəkmək istəmədi:
“Əfv Məsələləri Komissiyası siyahını hazırlayıb Prezidentə ötürür. Əfv sərəncamını vermək ölkə başçısının səlahiyyətindədir.
Ola bilər Prezident heç ümumiyyətlə siyahıda olmayan bir şəxsin adını siyahıya salsın. Amma bizim siyahımızda həbsdə olan jurnalistlərin də, bloqerlərin də, siyasi partiya üzvlərinin də, dindarların da, ömürlüklərin də adları var. Lazım olan hamının adı siyahımızda var, gözləyək, son söz Prezidentindir.
Mən indidən nəsə deyə bilmərəm, çünki onların taleləri həll olunur. Hər adın arxasında bir insan taleyi durur. Ad çəkib onların azadlığına mane olmayaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə