Parlament hökumətin hesabatını qəbul edib - YENİLƏNİB

Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul edilib.
APA-nın məlumatın görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.
Daha sonra deputatlar hökumətin ötənilki fəaliyyəti ilə bağlı fikirlər səsləndiriblər.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib. 

***

11.08

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, hökumətin hesabatını Baş nazir Əli Əsədov təqdim edir.

Hesabat təqdim edildikdən sonra müzakirələr olacaq.