Paşinyan ölkədən qaçmağa çalışır?
11:05 20.03.2021
Arxiv
500
Ermənistan Baş naziri Nikol Paşinyan digər siyasətçilərin bəyanatlarına baxmayaraq, ölkədən qaçmaq niyyətində olmadığını bildirib.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, N. Paşinyan bunu Aştarak vilayətində sakinlərlə görüşdə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın bəyanatını şərh edərkən bildirib.
Qeyd edək ki, L. Ter-Petrosyan bildirmişdi ki, yeganə çıxış yolu N. Paşiyanın təcili Baş nazir postundan istefa verməsi, müvəqqəti xaricdə sığınacaq tapması üçün N. Paşinyana toxunulmamazlıq qarantiyası verilməsidir.
N. Paşinyan isə deyib ki, L. Ter-Petrosyan karyerası ərzində iki dəfə “qaçmağın gözəl nümunəsi”ni nümayiş etdirib: “Məgər mən qaçan insana bənzəyirəm? Əgər xalq qərar versə ki, məni güllələməlidir, mən divarın qarşısında duraram. Heç kim düşünməsin ki, mən xalqın qəbul etdiyi qərardan qaçacam”.
N. Paşinyan hesab edir ki, ölkədə qan tökülməsini istəyən şəxslər və qüvvələr var: “Onlar istəyirlər ki, İrəvanın, Aştarakın küçələrində qan axsın. Bu insanlar 27 oktyabrda, 1 martda törətdikləri onlarla siyasi qətldən, qandan doymayıblar. Bu insanlar Ermənistanda yenidən qan axmasını istəyirlər. Hakimiyyət Qarabağda müharibən sonra 5 ay ərzində aqressiv hücumlara məruz qalıb. Bu müddət ərzində həm hakimiyyət, həm də xalqın başlığa nailiyyəti vətəndaş qarşıdurmasından yayınmağı bacarması olub. Ölkədə hər gün aqressiyanın artmasına, qan tökülməsinə çalışan, seçkiləri istəməyən qüvvələr var. Mən onların bizim hakimimiz olmasına imkan vermirəm. Hakim xalq olmalıdır”.
Baş naziri hüquq-mühafizə orqanlarının qətllər törədilməsi və hakimiyyət çevrilişi şüarları ilə çıxış edənlərlə bağlı vəsatətlərini təmin etməyən məhkəmələrdən də narazılığını bildirib: “Nə üçün Ermənistanda indiyə qədər belə hakimlər qalıb? İnqilabın əsasında xristian dəyərləri vardı. Ümid edirdik ki, insanlar dəyişəcək, ancaq çoxları hüquqi, mənəvi və siyasi sərhədləri keçdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət