Pinguekula: İnternetdə rekord qırdı

Adı çəkilməyən bir xəstənin gözündəki pinguekulanın boşaldıldığı görüntülər internetdə baxılma rekordları qırdı. Bəs, pinguekula nədir?
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Madriddə bir kişi xəstə gözünün içindəki yağ, və ya pinguekula şikayəti ilə xəstəxanaya gəlib. Göz həkimi Dr. Arteaga Sánchez adamın gözündəki bəzənin içindəki iltihabı olduqca mədə bulandırıcı bir əməliyyatla boşaltdı.
Dr. Sánchez iltihablı kisti boşaltmağa başladı. İlk başda kiçik sarı parçalar xaric edildi, kistin qalanı nəhəng bir yumru halında çıxdı. İltihab adamın gözünün dörddəbirindən daha böyük idi. Adamın vəziyyətinin və görmə qabiliyyətinin necə olduğu bilinmir.
Pinguekula nədir?
Gözün ağ qisimində əmələ gələn sarı və qabartılı şişkinliyə pinguekula adı verilir. Xərçəngli olmayan bu bezələr UV şüaları, toz, külək və ya göz quruluğu xəstəliyindən qaynaqlanır. Riski azaltmaq üçün günəş gözlüyü istifadə etmək və günəşdən uzaq dayanmaq lazımdır.