Putin çox kədərli: "100 ildir beləsi olmamışdı"

Rusiyanın Ankaradakı  səfiri Andrey Karlov üçün Moskvada Xarici İşlər Nazirliyində dəfn mərasimi keçirilib. Rusiya prezidenti Vladimir Putiui də qatıldığı mərasimdən sonra Karlov son mənzilə yola salınıb.
Karlovun ailəsini  yalız buraxmayan Putin, Karlovun nəşi olan tabuta çiçək qoyub, başsağlığılarını çatdırıb. Putinin üzündən nə qədər kədərli olduğu görünürdü.(milliyet)
Mərasimdə danışan Lavrov isə Karlova "qəhrəman" ünvanı verildiyini ifadə edərək, heykəlinin hazırlanması üçün təklif verdiklərini bildirib. Lavrov Xarici İşlər Nazirliyini nəzərdə tutaraq "Burada 100 ildir belə bir mərasim olmamışdı" deyib.