Qaraciyər serrozunu yaradan amillər hansılardır?- İZAH




Qaraciyər serrozu nevroloji,koqnitiv problemlərə və ürək ritminin pozulmasına gətirib çıxara bilər.
 
Sherg.az xəbər verir ki, bütün bunlar  serrozun doğurduğu iltihab üzərindən baş verir.

London hərbi-tibb akademiyasının alimi bu qarşılıqlı əlaqəni onunla izah edir ki, zədələnmiş qaraciyər daha toksinləri üzmür. Nəticədə ürəyin ritmi pozulur, toksinlərin xeyli hissəsi beyinə düşəndə ensofalopatiya-baş beyinin xəstəliyi inkişaf edir.

Qaraciyər ensofalopatiyası zehni qabiliyyətə də təsir göstərir. Qaraciyərin serrozundan əziyyət çəkən xəstələrdə insan orqanizminin iltihaba cavab verən maddələrin səviyyəsi yüksək olur. Onların koqnitiv funksiyası pisləşir və ürək ritmi pozulur. Qaraciyər serrozu alkoqolizmin və B,C,D viruslu hepatitlərin fonunda inkişaf edir. Dərinin və göz ağının sarımtıllığı, yorğunluğu,dərinin qaşınması,göyərtilər serrozun əsas simptomlarıdır