
Qarayaxma kampaniyası nəticə verməyəcək: "Ölkəmizin inkişafını istəməyənlərin qərəzli fikirlərinin heç bir əsası yoxdur"
06:36 25.05.2019
Arxiv
497
"UEFA Avropa Liqasının Azərbaycanda növbəti həftə keçiriləcək final oyunu "Amnesty International” təşkilatı tərəfindən müzakirə edilməsəydi, yəqin ki, təəccüb doğurardı. Ona görə ki, bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib".
Bu fikirləri "Sherg.az"a millət vəkili Sevinc Fətəliyeva Avropa Liqasının Bakıda keçiriləcək final mərhələsi ilə bağlı ölkəmizə qarşı qara piar aparan xarici təşkilatlardan danışarkən deyib. Xanım deputat bildirib ki, bütün hallarda bu mənfi yanaşmalar reallığı özündə əks etdirmir:
S.Fətəliyeva qeyd edib ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib:
"Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, müasir idman infrastrukturunun yaradılmasında və yarışların yüksək səviyyədə keçirilməsində göstərir. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Həmçinin, Azərbaycan özünün milli dəyərlərini təqdim etməklə yanaşı, ölkəmizdə əsrlərboyu mövcud olan multikultural və tolerant dəyərləri bütün dünyaya nümayiş etdirir. Dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlara və qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm yerli, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkili, eyni zamanda, xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının məhz respublikamızda keçirilməsi Azərbaycan xalqının və dövlətinin multikulturalizmə ən böyük töhfəsidir".

Millət vəkili qeyd edib ki, müxtəlif qərəzli bəyanatların və ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışmaq cəhdlərinin nəticəsi olmayacaq:
"Bu gün biz, faktiki olaraq, dünya ölkələrinin əksəriyyətində islamofobiyanın, dini dözümsüzlüyün şahidi oluruq. Lakin Azərbaycanda münasibət tam əksinədir və bu, dəfələrlə sübut olunub. Beynəlxalq idman yarışının siyasiləşdirilməsi, onun başqa məcralara yönəldilməsi yalnız anti–Azərbaycan qüvvələrin qərəzinin nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu ola da bilməz. Ölkəmizə həm işgüzar səfər edən, həm də istirahət məqsədilə gələn qonaqlar xoş təəssüratlarla qayıdırlar. Onlar həm qonaqpərvərlikdən, həm də təhlükəsizliyin yüksək səviyyədə təminindən razılıqlarını bildirirlər.
Sözsüz ki, ölkəmizin inkişafını istəməyən və əldə etdiyi uğurlara qısqanclıqla yanaşanların, ermənipərəst dairələrin qərəzli fikirlərinin heç bir əsası yoxdur. Onlar hər vasitə ilə ölkəmizə qarşı əsassız iddialar səsləndirir və şəxsi mənafeləri naminə addımlar atırlar. Nəzərə alsaq ki, Henrix Mxitaryan son vaxtlar heç bir maraqlı və peşəkar oyun nümayiş etdirmir, onun bu cür yanaşmanı öz xeyrinə yönəltməsini açıq-aydın görmüş olarıq. Karyerası bitməkdə olan bir idmançının açıqlamasının yeganə məqsədi reytinq qazanmaq istəyi və piarının təşkilidir".
Deputat qeyd edib ki, bu gün Azərbaycan özünə əmin addımları ilə beynəlxalq nüfuzunu gündən-günə artırır:
"Dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində çalışan, multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verən ölkəmizin nüfuzuna heç bir mənasız bəyanatlar, qısqanc yanaşmalar təsir edə bilməyəcək. Bu cür manipulyasiyalar həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur. Bütün dünya Bakıda növbəti həftə baş tutacaq yüksəksəviyyəli idman bayramının şahidi olacaq.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm