Qatil 25 - 30 yaşlarındadır: Türkcə çox yaxşı danışırmış





Rusiyanın Ankarakı səfiri Andrey Karlov, Ankarada qatıldığı bir sərgidə silahlı hücuma məruz qalıb. Hücumda səfirlə yanaşı daha 3 nəfər yaralanıb. Sui-qəsdi təşkil edən təcavüzkar polisin təşkil etdiyi əməliyyatda öldürülüb.
Rus səfirin ağır yaralı halda hadisə yerinə yaxın olan xüsusi bir xəstəxanaya çatdırıldığı, həkimlərin bütün müdaxiləsinə baxmayaraq həyatını itirdiyi bildirildi. Rusiya Xarici İşlər Nazirliyi spikeri Maria Zaxarova da səfirin həyatını itirdiyini təsdiqlədi.
Təcavüzkarın türkcə çox yaxşı danışdığı bildirilir. İlkin məlumatlara görə, təcavüzkar səfirin arxasından yaxınlaşaraq atəş açmağa başlayıb. Bu zaman səfirin mühafizəsi də içəri girir. Təcavüzkarın 25 - 30 yaşlarında olduğu vurğulanır.