Quşlar üçün ağaclara alma asdılar

Gənclər bunun tam yeni bir layihə olduğunu bildiriblər

Sərt qış günlərində qida tapmaqda çətinlik çəkən quşlar üçün gənclər maraqlı üsula əl atıblar.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlidə yaşayan bir qrup gənc bazarda satılmayan almaları alaraq onları ağaclara asıblar. Gənclər bunun tam yeni bir layihə olduğunu bildiriblər. Layihəni hazırlayan gənclər artıq bunu bir sıra kəndlərdə, rayon mərkəzlərində  və habelə, dağlıq ərazilərdə həyata keçiriblər.

Hakim iqtidar partiyasının İlçe Gənclik şöbəsinin başçısı Ali Kayalı jurnalistlərə açıqlamasında atdıqları addımdan çox xoşbəxt olduqlarını bildirib: “Dostlarımla soyuq havalarda sahibsiz heyvanlar dəstək olmaq üçün belə bir layihəni həyata keçirmək qərarına gəldik.

Bazarlardan almaları alaraq onları ağaclara asdıq. Bu işi görərkən çox xoşbəxt oluruq.

Çünki bunun sayəsində sahibsiz heyvanlar qida əldə edə bilirlər. Havanın soyuq  və isti olmasından asılı olmayaraq 24 saat sahibsiz heyvanların yanındayıq. Artıq yeni layihələrimizi də hazırlayırıq. Hesab edirəm ki, hər kəs belə bir iş görsə, o zaman sahibsiz heyvanların da dəyəri bilinər”.