Rekord qırıldı: 3 ayda 2,2 milyard saxta hesab silindi




İctimai media platforması olan Facebook 2019-cu ilin ilk üç ayında təxminən 2,2 milyard saxta hesabı silərək rekordunu qırıb.

Sherg.az xarici media istinadən xəbər verir ki, Facebookdan yayılan yazılı şərhdə bildirilir ki,  2019-cu ilin ilk dörddəbirində platformadakı təxminən 2,2 milyard saxta hesab silinib.

Son 6 ayda platforma üzərində narahatedici saxta hesablarda ciddi artım yaşandığı və bunun səbəbinin avtomatik hücumlar olduğu bildirilir. Açıqlamada qeyd olunur ki, 2018-ci ilin dörddəbirində 1,2 milyard hesabın silindiyi və bu ilki rəqəmin keçən ilki rəqəmlə müqaisədə haradasa iki dəfə çox olduğuna işarə edilib.

Turan