Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymadığı müddətdə, İran prezdenti Ermənistana səfərinə fasilə verməli idi.
Bunu Sherg.az-a İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə münasibət bildirərkən millət vəkili Elman Nəsirov deyib.
Deputat bildirib ki, İran beynəlxalq normalara uyğun dövlətlərin hüquqi işlərinə qarışmama pirinsipinə hər zaman hörmətlə yanaşıb:
"Lakin hazırda prezdentin hansı ölkəyə səfər etməsi müzakirə obyektidir. Həsən Ruhaninin Ermənistana səfəri mövcud olan "Xomeynizm” prinsiplərinə ziddir. Burada qeyd olunan "dünyada müsəlmanın müsəlmandan yaxın dostu yoxdur” prinsipinə məntiqlə yanaşdıqda onun ən yaxın müttəfiqi Azərbaycan olmalıdır. Ermənistan müsəlman Azərbaycanın 20 faiz topağını işğal edib, bir milyondan çox müsəlman azərbaycanlısı yurdundan didərgin, qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Eyni zamanda Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarındakı bütün məscidləri viran edib, müsəlman dövlətinin qəbul etmədiyi donuz təsərrüfatına çevirib. Bütün bu reallıqlara əsasən İran prezdenini Ermənistana səfərinə bu cür yanaşırıq. H.Ruhani müsəlman qardaşlarını evlərindən didərgin salan bir dövlətə səfər etməməli idi”.
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini xatırladan millət vəkili İran təeəfindən bunun böyük qınaqla qarşılandığını da diqqətə çatdırıb:
"Halbuki, Azərbaycan prezdentinin attığı addımları unutmaq hətta günahdır. O baxımdan ki,İrana qarşı sanksiyalara Azərbaycan prezdenti qoşulmadı. Eyni zamanda İrana qarşı göz tətbiqi məsələsi dəfələrlə gündəmə gəldi və Azərbaycan ərazisindən istifadə etmək müzakirə edildi. Amma ölkə prezdenti birmənalı şəkildə qəti mövqe bildirdi. Nə qədər təzyiqlərə tuş gəlsə də, Azərbaycan ərzisindən İrana qarşı hərbi müdaxilə üçün istifadə edilməsinə şərait yaradılmadı. Azərbaycanın siması, mövqeyini unutmaq İrana yaraşmaz. Təəssüf ki, İranda müəyyən siyasi dairələr bu məsələdə maraqlı deyil. Bu baxımdan, İran prezdentinin Ermənistana səfəri bizi təbii olaraq, işğala məruz qalan müsəlman ölkəsi kimi narahat edir”.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədi ilə dekabrın 21-də Ermənistana səfər edəcək. Səfər zamanı H.Ruhaninin ermənistanlı həmkarı ilə görüşəcəyi və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacağı deyilir.
Aysel Aslan