Rus səfir Karlovun cənazəsi dövlət mərasimiylə ölkəsinə yola salınır

Silahlı hücum nəticəsində öldürülən Karlovun nəşi, Rusiyaya yola salınmaq üçün cənazə avtomobili ilə Esenboğa Hava limanına göndərilib. Karlov dövlət mərasimiylə yola salınır...
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun yarılma əməliyyatı tamamlanıb.
Ədli Tibb Təşkilatındakı yarılma əməliyatı, "Minnesota Protokolu" çərçivəsində türk və rus səlahiyyətlilərin iştirakıyla həyata keçirilib. Prosses təxminən 3 saat davam edib.
Karlovun nəşi, Ankara Böyükşəhər Bələdiyyə Başçılığına aid cənazə avtomobili ilə Rusiyaya yola salınmaq üçün Esenboğa Hava limanına göndərilib.