Rusiya pomidor idxalı ilə bağlı məhdudiyyətləri qismən ləğv etdi
09:35 16.03.2021
Arxiv
391
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan Respublikasından pomidor idxalı ilə bağlı məhdudiyyətləri qismən ləğv edib.
Oxu.Az-ın Federal Xidmətin rəsmi saytından əldə etdiyi məlumata əsasən, 17 mart 2021-ci il tarixindən etibarən “Rosselxoznadzor” Rusiyanın Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib.
Bu qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti, habelə birgə videogörüşlər zamanı müzakirə edilən nümunələrin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.
Xatırladaq ki, “Rosselxoznadzor”(Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Daha sonra müvafiq qurumların ikitərəfli danışıqlarının nəticəsi olaraq mərhələli şəkildə sahibkarlıq subyektlərinin Rusiyaya pomidor ixracına icazə verilib.
Qeyd edək ki, Rusiya Azərbaycanın müvafiq məhsul üzrə ən iri bazarlarından biri hesab olunur. Azərbaycan 2020-ci il ərzində xaricə 187 539,4 ton tomat (pomidor məhsulu) ixrac edib və ixrac edilən məhsulun ümumi dəyəri 201 milyon 353,5 min dollar olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə