Rusiya səfiri Ankarada vuruldu





Rusiya səfirinə Ankarada silahlı sui-qəsd olub. 

Rusiya səfiri Andrey Genadieviç Karlov Ankarada Müasir Sənətlər Məkəzindəki bir rəsmi sərgisinin açılışında silahlı hücuma məuz qalıb. Açılış sonrası açıqlama verərkən silahlı hücuma məruz qalan Karlov ağır yaralı olaraq xəstəxanaya aparılıb. 

Bu arada Sherg.az Huriyyet. com-a istinadən xəvbər verir ki, Ruiya təmsilçiləri bu hadisəni radikla islamçı terror qrupları tərəfindən törədildiyini biliriblər. 

Sui-qəsdən öncə havaya atəş açılıb, sonra səfir arxadan vurulub. İçəridə bir daha səfirə atəş açılıb. Sui-qəsdçi içəriyə polis vəsiqəsi ilə daxil olub.