Rusiya səfirini öldürən terrorçu belə məhv edildi - TAM TƏFƏRRÜAT
12:30 21.12.2016
Arxiv
1645
2 gün əvvəl Ankaradakı sərgi salonunda Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi olayı ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az xəbər verir ki, sözcü.com.tr Andrey Karlovun qatilinin necə öldürüldüyü prokurorluqdakı qaynaqlardan öyrənib.
Bildirilir ki, Mert Altıntaş dekabrın 19-da yerli vaxtla saat 19.05-də Karlova atəş açaraq onu öldürüb. Dərhal sonra türk və ərəb dilində bəzi sözləri deyən qatil salondakı fotoları divardan sökməyə başlayıb. Hadisə yerinə ilk olaraq polislər saat 19.27-də yaxınlaşıb. "Təslim ol” çağırışına atəşlə cavab verən M.Altıntaş yerə uzanaraq müqavimətə davam edib. Az sonra divarın arxasına keçən 22 yaşlı polis əməkdaşı ilk olaraq saat 19.32-də ayağından yaralanıb. Onun ayağında ümumilikdə 4 güllə yarası aşkarlanıb. Lakin yaralanmasına baxmayaraq M.Altıntaş uzanıqlı vəziyyətdə atəş açmağa davam edib və çevik polis alayının əməkdaşlarının saat 19:42-də açdığı atəş onun boyun nahiyəsinə dəyib.
Bununla da terrorçu hərəkətsiz vəziyyətə düşüb.
Maraqlıdır ki, M.Altıntaş zərərsizləşdiriləndən sonra olay yerinə cəmləşən polislər birdən-birə dağılışıb. Onlar bunu M.Altıntaşın üzərində və ya binada partlayıcı olma ehtimalına görə ediblər. Bir neçə dəqiqədən sonra partlayıcının olmadığı dəqiqləşib və tibb xidməti saat 19:49-da binaya daxil olaraq səfirə yardım göstərməyə çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol