Rusiya XİN-dən “Moskva müqaviləsi”nin 100 illiyi ilə əlaqədar BƏYANAT
12:34 16.03.2021
Arxiv
550
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 16 mart 1921-ci il tarixində Rusiya ilə Türkiyə arasında imzalanan “Moskva müqaviləsi”nin 100 illiyi ilə əlaqədar bəyanat yayıb.
Zaxarova bu razılaşma ilə Rusiya və Türkiyə arasında müasir əlaqələrin təməlini qoyduqlarını bildirib:
“Dərin məna kəsb edən əməkdaşlığımız yaxşı qonşuluq, qarşılıqlı hörmət prinsiplərinə, Rusiya və Türkiyə xalqlarının mənafelərinə riayət edilməsinə, bölgədə və Avropa qitəsində rifah və təhlükəsizlik, sülh və sabitlik üçün ortaq səmərəli fəaliyyətə əsaslanır”.
“Moskva müqaviləsi”nin Rusiya-Türkiyə ortaqlığının tarixi dəlili olmasına diqqət çəkən Zaxarova hər iki dövlət arasında diplomatik münasibətlərin 100-cü ildönümünün keçən il qeyd edildiyini də xatırladıb:
“Türkiyə ilə bütün sahələrdə konstruktiv əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya əməkdaşlığını genişləndirmək, perspektivli enerji, sənaye və infrastruktur layihələri tətbiqetmələri, mədəni-bəşəri və ictimai münasibətləri mükəmməlləşdirməyə hazır olduğumuzu təsdiqləyirik”.
Rusiya XİN sözçüsü virğulayıb ki, son yüz ildə siyasi və tarixi aktuallığını itirməyən “Moskvanın müqaviləsi”nin ruhuna və prinsiplərinə sadiqlik Rusiya ilə Türkiyə arasında əlaqələrin daha da mütərəqqi inkişafı üçün bir zəmanətdir.
Qeyd edək ki, “Moskva müqaviləsi” ilə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib və Türkiyə onun qarantı kimi çıxış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə